Mahaçqala-Bakı aviareysi və Dərbənd-Bakı ekspress qatarı istifadəyə veriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mahaçqala-Bakı aviareysi və Dərbənd-Bakı ekspress qatarı istifadəyə veriləcək

13:54 - 17 / 05 / 2016
Mahaçqala-Bakı aviareysi və Dərbənd-Bakı ekspress qatarı istifadəyə veriləcək

Yaxın günlərdə Mahaçqala-Bakı aviareysi və Dərbənd-Bakı ekspress qatarı işə salına bilər.

1news.az RİA "Novosti"yə istinadən xəbər verir ki, Dağıstanın turizm naziri Məhəmməd İsayev Azərbaycan-Rusiya sərhədində turistlərin üzləşdiyi əngəllərin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi ilə bağlı göstəriş verib.

Nazirliyin icra aparatı bununla bağlı "yol xəritəsi" hazırlayacaq.

Bununla yanaşı, nazirin göstərişinə əsasən, Mahaçqala-Bakı aviareysinin və Dərbənd-Bakı ekspress qatarının işə salınmasının iqtisadi məqsədəuyğunluğu araşdırılacaq.

1news.az

 

Paylaş:
1962

Son xəbərlər

Bütün xəbərlər