ARDNF Mərkəzi Banka 15 milyon dollar satıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

ARDNF Mərkəzi Banka 15 milyon dollar satıb

14:09 - 17 / 05 / 2016
ARDNF Mərkəzi Banka 15 milyon dollar satıb

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

Fonddan 1news.az-a verilən məlumata görə, bu vəsaitdən 34 milyon ABŞ dolları məbləğində vəsait 8 banka və 15 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Mərkəzi Bankına satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

1news.az

 

Paylaş:
566

Son xəbərlər

Bütün xəbərlər