AFFA intizamsız klubları və futbolçuları cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
1news.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:
11 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXXIV turunun AZAL – “Zirə” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
11 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXXIV turunun “Kəpəz” – “Neftçi” matçının 90-cı dəqiqəsində “Kəpəz” klubunun 3 №-li futbolçusu Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48). Oyunun 49, 80, və 90-cı dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
9 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXIV turunun “Qarabağ” – “Qəbələ” matçında “Qəbələ” klubunun 2 №-li futbolçusu Sahil Mirzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
9 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXIV turunun “Kəpəz” – “Neftçi” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
9 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXIV turunun “Sumqayıt” – “Rəvan” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
15 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXXV turunun “Neftçi” – “İnter” matçının 73-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52).
15 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXXV turunun “Zirə” – “Kəpəz” matçında “Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
15 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXXV turunun “Rəvan” – “Qarabağ” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40). Oyunun 25-ci dəqiqəsində “Qarabağ” klubunun 4 №-li futbolçusu Eltun Yaqublu sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
14 may2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXXV turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçında “Xəzər Lənkəran” və “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat cərimə olunur (maddə 40). Oyunun 34-cü dəqiqəsində “Sumqayıt” klubunun 23 №-li futbolçusu İlqar Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).
12 may 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XXVI turunun “Şərurspor” – “Bakı” matçında “Bakı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40). Oyunun 84-cü dəqiqəsində “Bakı” klubunun 20 №-li futbolçusu Valeh Seyidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
13 may 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XXVI turunun “Bakılı” – “Göyəzən” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
13 may 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XXVI turunun “Turan Tovuz” – “Səmkir” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
13 may 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XXVI turunun “Zaqatala” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
6 may 2016-cı il U-13 Liqasında “Əlincə” (Bakı) – “TİM” (Gəncə) matçının 46-cı dəqiqəsində “Əlincə” klubunun 3 №-li futbolçusu Cəlal Hüseynov və “TİM” klubunun 9 №-li futbolçusu Kənan Kərimov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).
8 may 2016-cı il U-13 Liqasında “Neftçi” PFK (Bakı) – “Turcin” İB (Tovuz) matçının “Neftçi” klubunun 16 №-li futbolçusu Fuad Osmanlı sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
8 may 2016-cı il Azərbaycan Həvəskarlar çempionatının “Sabunçu” – “Dinamo” matçının 26-cı dəqiqəsində “Sabunçu” klubunun 11 №-li futbolçusu Bəxtiyar Məsiməliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
8 may 2016-cı il Azərbaycan Həvəskarlar çempionatının “MEGA” FC – “Gənclik” İK matçının 90-cı dəqiqəsində “MEGA” klubunun 6 №-li futbolçusu Nicat Adıgözəlov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
1news.az