Neftin qiyməti 49 dolları keçib
London və Nyu-York birjalarında aparılan hərracların nəticəsi göstərir ki, dünya birjalarında neftin qiyməti artmaqdadır.
1news.az Bloomberg-ə istinadla xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.49% artaraq 49.21dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0.92%artaraq 48.16 dollar təşkil edib.
1news.az
741