Millimizin rəqibləri müəyyənləşib | 1news.az | Xəbərlər
Futbol

Millimizin rəqibləri müəyyənləşib

09:33 - 17 / 05 / 2016
Millimizin rəqibləri müəyyənləşib

Mayın 25-dən iyunun 5-dək Sloveniyada təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq prosesi dövründə 3 yoldaşlıq oyununda gücünü sınayacaq.

1news.az-ın məlumatına görə, millimiz mayın 28-də və 31-də Sloveniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

Sloveniyada sonuncu oyununu iyunun 3-də keçirəcək U-21 Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşacaq.

Hər 3 oyun Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.

1news.az

Paylaş:
909

Son xəbərlər

Bütün xəbərlər