“Xankəndi” gəmisi Bakı Gəmiqayırma Zavodunda suya endirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Xankəndi” gəmisi Bakı Gəmiqayırma Zavodunda suya endirilib

16:47 - 18 / 05 / 2016
“Xankəndi” gəmisi Bakı Gəmiqayırma Zavodunda suya endirilib

“Xankəndi” yeni sualtı tikinti gəmisi (STG) Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə suya endirilib.

1news.az-a BP-nin Bakı ofisinin mətbuat xidmətindən bildirilib ki, bu gəmi məxsusi olaraq nəhəng “Şahdəniz Mərhələ 2” işlənmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün layihələndirilib və inşa edilib.

Bundan əvvəl gəminin iki iri gövdə seksiyası təhlükəsiz şəkildə Sinqapurdan Bakıya gətirilib və Bakı Gəmiqayırma Zavodunda inşası başa çatmış burun hissəsi ilə uğurla birləşdirilib. Gəminin tikintisi hazırda 80 faiz başa çatıb. Bütövlükdə isə gəminin inşası 2017-ci ilin aprel ayında “Şahdəniz Mərhələ 2” layihəsi üzrə sualtı quraşdırma işlərinin başlanacağı vaxtadək hazır olmaq üçün plan üzrə irəliləyir. O vaxtadək “Xankəndi” qalan tikinti işlərinin başa çatması və istismar sınaqlarının aparılması üçün gəmiqayırma zavodunun yanalma körpüsündə qalacaq.

“Xankəndi” gəmisinin Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə suya endirilməsi “Şahdəniz Mərhələ 2” layihəsi tərəfindən atılmış mühüm bir addımdır. Şahdəniz konsorsiumu “Xankəndi” gəmisinin inşasında iştirakından qürur duyur, çünki bu gəmi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni bir eranın başlanğıcıdır. Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi olacaq “Xankəndi” suyun dərinliyi 550 metrədək olan hissələrdə Xəzərdə ilk dəfə dünya səviyyəli sualtı qurğular inşa etmək üçün layihələndirilmişdir. Gəminin inşası tamamlandıqdan və istismar sınaqları bitdikdən sonra “Xankəndi” Şahdəniz yatağı sahəsinə aparılacaq və orada Mərhələ 2 işlənməsi layihəsi üçün sualtı quraşdırma işlərinə başlayacaq”, - deyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell vurğulayıb.

“Xankəndi” gəmisi 2017–2027-ci illər arasında 11 il ərzində “Şahdəniz Mərhələ 2” layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək. 378 milyon dollar dəyərində olan “Xankəndi” DNV GL-in (Norveç və Almaniya) təsnifat nəzarəti altında tikilmiş unikal bir gəmidir. Onun uzunluğu 155 metr, eni 32 metr, əsas göyərtəsi isə 13 metrdir. Gəminin 2,5 metr hündürlüyündə böyük dalğalarda (Hs) fəaliyyət göstərə bilmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kranı, iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, iki ədəd məsafədən idarə olunan aparatı, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası, 6 ədəd 4,4 meqavat və 2 ədəd 3,2 meqavat gücündə generatoru olan iki mühərrik bölməsi olacaq. Onun ümumi çəkisi 17 min 600 tondur və suya oturumu 6,5 metr olmaqla daşıma gücü 5 min metrik ton təşkil edəcək.

1news.az

Paylaş:
1201

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər