Bakıda “Gənclər və mili-mənəvi dəyərlərimiz: keçmişdən bu günə” mövzusunda konfrans keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Gənclər və mili-mənəvi dəyərlərimiz: keçmişdən bu günə” mövzusunda konfrans keçirilib

17:23 - 18 / 05 / 2016
Bakıda “Gənclər və mili-mənəvi dəyərlərimiz: keçmişdən bu günə” mövzusunda konfrans keçirilib

Mayın 18-də Suraxanıda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclər və mili-mənəvi dəyərlərimiz: keçmişdən bu günə” mövzusunda konfrans keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə DQİDK-nın  Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə,  Bakı Şəhər Gənclər  və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Baş İdarənin Gənclərlə iş sektorunun müdiri  Zamin Əhmədov , Baş idarənin və Suraxanı rayon Gənclər və İdman idarələrinin  əməkdaşları, rayonun fəal gəncləri iştirak ediblər.

Bakı Şəhər Gənclər  və İdman Baş İdarəsinin rəis müavini A.Yusifov  tədbiri  giriş sözü ilə açaraq mövzunun  mahiyyəti  və aktuallığı haqqında məlumat verib.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini  Ruslan Əsgərov “Gənclər və mili-mənəvi dəyərlərimiz: keçmişdən bu günə”, Dinşünastlıq ekspertizası şöbəsinin müdir müavini  Cahandar Əlifzadə “Milli-mənəvi dəyərlərimiz: varislik və müasirlik” mövzularında məruzələrlə çıxış ediblər.

Daha sonra Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən dini radikalizmlə mübarizə və maarifləndirmə məqsədilə çəkilmiş “Fitnə” filmi nümayiş etdirilib.

Suraxanı rayon Gənclər və İdman idarəsinin rəisi Amil Bağırov tədbiri yekunlaşdıraraq, bu cür tədbirləri gələcəkdə də davam etdirməyin zərurliyini vurğulayıb.

Tədbir gəncləri maraqlandıran suallar ətrafında müzakirələrlə başa çatıb.

1news.az

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər