Sumqayıtda ər arvadını öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda ər arvadını öldürüb

10:38 - 19 / 05 / 2016
Sumqayıtda ər arvadını öldürüb

Sumqayıtda qətl törədilib.

 

1news.az-ın Sumqayıt şəhər Prokurorluğuna istinadən verdiyi xəbərə görə, hadisə Tağıyev qəsəbəsində qeydə alınıb.

 

Belə ki, qəsəbə sakini, 1987-ci il təvəllüdlü Famil Adıgözəlov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Xalidə Adıgözəlovanı bıçaqlayaraq öldürüb.

 

F. Adıgözəlov daha sonra özünə bıçaqla xəsarət yetirib.

 

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 

1news.az

Paylaş:
654

Son xəbərlər

Bütün xəbərlər