“WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərinin açılışı olub
Mayın 19-da Bakı Ekspo Mərkəzində XXII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2016” və X Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2016” sərgilərinin açılışı olub.
1news.az-ın məlumatına görə, açılışda kənd təsərrüfatı naziri Heydər Əsədov da iştirak edib.
Nazir çıxışı zamanı Azərbaycanda istehsal olunan ərzaq məhsullarını tanıtmaq baxımından sərgilərin əhəmiyyətini qeyd edib. Bildirib ki, sərgidə Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlərin məhsulları və texnologiyaları nümayiş olunur.
Builki “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərində Azərbaycan, Belarus, Almaniya, Hindistan, İspaniya, İtaliya, Qazaxıstan, Litva, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Çexiya və digər ölkələrin şirkətləri öz məhsullarını təqdim edir.
Dünyanın 34 ölkəsindən 313 şirkətin iştirak etdiyi “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgiləri mayın 21-dək davam edəcək.
1news.az