Euro-2016-nın finalı. Favorit olan Portuqaliya və ya çətinliklərdən keçən İspaniya yığması – FOTO
Mayın 21-də saat 20:00-da “Baksel Arena” stadionunda Avropa Çempionatının gənclər arasında (U-17) futbol oyununun final mərhələsi keçiriləcək.
1news.az-ın verdiyi xəbərə görə, həlledici oyunda Portuqaliya və İspaniya yığması qarşılaşacaq. Həlledici oyunun favoriti heç bir məğlubiyyətə uğramayan, qapısından bir top belə keçirməyən portuqaliyalılar hesab olunur. Bu fikiri AFFA-nın Məşqçi Komitəsinin rəhbəri, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıxov da dəstəkləyir:
“Risk edərək bildirmək istəyirəm ki, finalda Portuqaliya qalib gələcək. Belə ki, o komdanda Avropa Çempionatında bir dənə də olsun top buraxmayıb. Əlbəttə, finalda müxtəlif məktəblərin komandalarını görmək istərdik. Eləcə də burada, Braziliya futbolunun elementlərini görmək maraqlı olardı. Deməzdim ki, Portuqaliya və İspaniya oyunu əvvəlcədən danışılmışdır. Belə ki, futbolda öncədən nəyisə demək mümkün deyil.
Ümumilikdə, kiçikyaşlı yığma komandalar böyük komandaların mövqeyini təsdiq edir. Yalnız Fransa komandası məyusluq gətirdi. Çünki, o bir top belə vurmadan Avropa Çempionatındakı səlahiyyətini əldən verdi”.
Başlanğıc oyunda Portuqaliya Olimpiya Stadionunda Azərbaycan yığmasına 5:0 hesabı ilə qalib gəldi. Bu oyundan sonra komandamızın, eləcə də onun baş trenerinin ünvana çoxlu sayda tənqidlər göndərilmişdi. Zaman göstərdi ki, Azərbaycan yığması həmin oyunda çempionatın ən güclü komandasına qarşı dayana bilib.
Bununla belə, biz Avropa Çempionatında Azərbaycan yığmasının yekunlarını artıq diqqətinizə çatdırmışdıq. Hazırda isə, söhbət Şotlandiyanı heç bir çətinlik olmadan udan (2:0), Belçika ilə heç-heçə oynayan (0:0), dörddəbir finalda Avstriyanı darmadağın edən (5:0), yarımfinalda isə Hollandiyaya qalib (2:0) gələn Portuqaliyadan gedir.
Çempionat ərzində heç bir top buraxmadan 14 qol vurulub! 14 qoldan 6-sını – “Benfiki” yığmasından çıxış edən Avropa Çempionatının ən yaxşı bombardiri Joze Homeş edib.
Əgər Homeş finalda da 2 top vura bilsə, bu zaman o, ötən mövsümdə fransız Odnosse Eduardın rekordunu təzələyəcək.
Lissabon klublarından başqa, Portuqaliya üçün iki aparıcı furbol klubunun– “Portu” və “Soprtinq” oyunçusu, həmçinin Fransanın “Liona” və “Monako”, İngiltərənin “Stok Siti” və “Uest Hem” oynayır. Belə gənc yaşda futbolçuların “Böyük Beşlik” ölkələrinin ən mötəbər futbol klublarına düşməsi çox şeyi bildirir.
İspaniya yığmasının tərkibinə nəzər yetirdikdə, burada da ulduzların sayı az deyil. “Barselona”, “Real”, “Mançestr Siti” ...
İspaniya “ölü qrupa” daxil olsa da, məğlubiyyətdən qaça bildi. İspanlar başlıca rəqiblərini Hollandiyanı (2: 0) və İtaliyanı (4: 2) udaraq, yalnız Serbiya ilə heç-heçə oynadırlar (1:1).
Pley-off-da isə daha iki nəhəngə qalib gələ bildi - İngiltərə (1: 0) və Almaniya (2:1). Birmənalı olaraq , İspaniya yığmasının finala yolu Portuqaliya ilə müqayisədə daha keşməkeşli oldu. Baxmayaraq ki, onların rəqibi finalın fovoriti hesab olunur ispanlar qalib gəlmək gücünə malikdir. Bu komandada “Barselona”dan Abel Ruisi xüssusi qeyd etmək olar. O, üç top vura bilib.
Azərbaycan yığmasdından başqa, Avropa Çempionatı tamaşaçıları Almaniya yığmasından çıxş edən Renat Dadaşova xüsusi olaraq azarkeşlik edirdilər. Hətta oyunlardan birində azarkeşlər onun şərəfinə salamlama banneri də həsr etmişdilər.
Dadaşov üç qol vurub. Həmçinin o, Belçikanın qapısına dörddəbir finalda qalib topunu da vurub. Bundan əlavə o, İspaniya ilə yarımfinal oyununda da seçilib, lakin rəqib sonradan almaları məyus edib.
Təəssüf ki, Renat Azərbaycan yığması əvəzinə Almaniyanı seçib. Dadaşova sadəcə olaraq uğurlar arzulamaq qalır ki, o, U-17, U-19 və U-21-i keçərək Bundestimin əsasın düşə bilsin.
1news.az