Azərbaycan əhalisi 4 ay ərzində alış-verişə 8.8 milyard manat xərcləyib
2016-cı ilin yanvar aprel ayında Azərbaycan əhalisi pərakəndə alış-veriş mərkəzlərində 8 milyard 738.5 milyon manat həcmində məhsul əldə edib.
1news.az “2015-ci ilin analoji dövrü ilə müqayisədə həmin göstərici 2.7 faiz qalxıb”, - bu haqda Dövlət Statistika Komitəsinin rəsmi saytında məlumat verilir.
Ərzaq məhsulları içki və tütün məhsullarının əldə olunmasına əhali 4 milyard 364.6 milyon manatxərcləyib ki, bu da pərakəndə satış məntəqələrində alış verişin 49.95 faizini təşkil edir. Qeyri- ərzaq məhsullarının əldə olunmasına isə 4 milyard 373.9 milyon manat xərclənib.
Bundan əlavə əhali 4 ay ərzində 2 milyard 238.8 milyon manat dəyərində pullu xidmətdən istifadə edib. Xidmət obyektlərindən gələn gəlir ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.7 faiz artıb.
2015-ci ildə Azərbaycan əhalisi 25 milyard 721.1 milyon manat həcmində məhsul alıb. Bu isə 2014-cü ilin göstəriciləri ilə müqayisədə 10.9 faiz çoxdur.
1news.az