Cəbhə bölgəsində növbəti “Kütləvi çıxarış” kampaniyası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbhə bölgəsində növbəti “Kütləvi çıxarış” kampaniyası keçirilib

17:54 - 20 / 05 / 2016
Cəbhə bölgəsində növbəti “Kütləvi çıxarış” kampaniyası keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi cəbhə bölgəsində yaşayan vətəndaşlara məxsus əmlakların kütləvi surətdə sənədləşdirilməsini davam etdirir.

1news.az  xəbər verir ki, növbəti “Kütləvi çıxarış” kampaniyası mayın 20-də Füzuli rayonunda keçirilib.

Komitə əməkdaşları tərəfindən keçirilən kampaniyada 200-dək sakinə bilavasitə öz ünvanlarında mobil ofislər vasitəsi ilə mülkiyyət sənədləri təqdim edilib. Eyni zamanda, rayon sakinlərinə əmlaklarına dair ayrı-ayrı vaxtlarda müxtəlif dövlət qurumları tərəfindən verilmiş dövlət aktları, şəhadətnamələr, qeydiyyat vəsiqələri, mənzillərin orderlər, kolxoz və sovxozlar tərəfindən verilmiş əmrlər və digər sənədlər kütləvi qaydada çıxarışlarla əvəz olunub. Bir sıra sakinlərdən mülkiyyətlərinin qeydiyyatdan keçirilməsi üçün ilkin hüquq müəyyənedici sənədlər də qəbul edilib.

Kampaniya çərçivəsində, həmçinin vətəndaşlara məxsus həyətyanı sahələrdə və pay torpaqlarında baxış keçirilib, ərazi-ölçmə işləri aparılıb. Xidmətdən yararlananlar arasında aprel ayında cəbhə bölgəsində gedən döyüşlərin iştirakçıları da var. Belə ki, döyüşlərdə aldığı xəsarət nəticəsində əlil olmuş bir neçə hərbçimizə aid mülkiyyət sənədləri onlara evindəcə təqdim edilib.

Qeyd edək ki, “Kütləvi çıxarış” kampaniyası çərçivəsində ölkə vətəndaşlarına komitənin ərazi idarələrinə müraciət etmədən, elə həyətlərində öz əmlaklarını qeydiyyatdan keçirməyə şərait yaradılır. Bu isə öz növbəsində, komitənin göstərdiyi xidmətlərdə vətəndaş məmnunluğunu daha da artırır və sosial amilliyi daha da gücləndirir.

Kampaniya sosial layihə olduğu üçün xidmətin çatdırılması üçün əlavə ödəniş tələb olunmur. Mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir.

Bu, eyni zamanda cəbhə bölgəsinin sakinlərinə hərtərəfli dövlət dəstəyin göstəricisidir. Kampaniya rayon sakinlərinə daşınmaz əmlaklarını rahat şəkildə qeydiyyatdan keçirməyə imkan yaratmaqla yanaşı, vətəndaşların mülkiyyət hüquqlarının və mülkiyyətlərində olan əmlakların dövlət tərəfindən qorunmasını təmin edir.

Belə tədbirlər cəbhə bölgəsində əhaliyə məxsus əmlaklarının iqtisadi proseslərə daha aktiv şəkildə cəlb edilməsini stimullaşdıracaq. Belə ki, “Kütləvi çıxarış” kampaniyası nəticəsində pay torpaqlarının sərhədləri dəqiqləşəcək, indiyədək bu sahədə mövcud olan torpaq mübahisələri həll ediləcək və torpaqların real istifadəsi üçün imkan yaranacaq. Bütün bunlar isə bölgədə əhalinin iqtisadi fəallığına, həyat səviyəsinin yüksəlməsinə, ümumi iqtisadi inkişafa təkan verir.

1news.az

Paylaş:
467

Son xəbərlər

Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04
Bütün xəbərlər