Azərbaycan-Belarus iqtisadi əməkdaşlığı genişlənir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan-Belarus iqtisadi əməkdaşlığı genişlənir

21:41 - 20 / 05 / 2016
Azərbaycan-Belarus iqtisadi əməkdaşlığı genişlənir

Bu gün Bakı Ekspo Mərkəzində iqtisadiyyat naziri Şahin Mustafayev Belarus Respublikasının baş nazirinin müavini Mixail Rusıyın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat nazirliyindən 1news.az-a verilən məlumata görə, görüşdə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, tütün, pambıq emalı, yüngül sənaye sahələrində fəaliyyət göstərən müəssisələrin rəhbərləri, Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç iştirak ediblər.

Nazir Ş.Mustafayev Azərbaycan və Belarus arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, ölkələrimiz arasında əməkdaşlığın iqtisadi sahədə də uğurla davam etdiyini vurğulamış, əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

Belarus Respublikasının baş nazirinin müavini M.Rusıy ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini qeyd edib.

Görüşdə Belarus şirkətləri ilə birgə Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalına, pambıq və pambıq emalı məhsullarının (pambıq ipliyi), tütünün, eləcə də bir sıra digər kənd təsərrüfatı məhsullarının Belarusa ixracına və əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.

Belarusun “Qrodniy” tütün fabrikinin baş direktoru Yuri Çernışev fabrikin hazırda Azərbaycandan tütün idxal etdiyini və idxalı artırmaqda maraqlı olduqlarını bildirib.

Belarus tərəfi müzakirə edilən məsələlər barədə təkliflərini Azərbaycan tərəfinə təqdim edəcək.

1news.az

 

Paylaş:
466

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər