Azərbaycan Dəmir Yollarına məxsus binada yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Dəmir Yollarına məxsus binada yanğın olub

10:28 - 20 / 05 / 2016
Azərbaycan Dəmir Yollarına məxsus binada yanğın olub

Azərbaycan Dəmir Yollarına məxsus İmişli rayonunda yerləşən binada yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, İmişli şəhərində Azərbaycan Dəmir Yolları QSC-yə məxsus ümumi sahəsi 420 kv.m olan üçmərtəbəli inzibati binanın zirzəmisində 20 p.m elektrik kabeli yanıb.

Kommunikasiya xətlərinin qalan hissəsi və inzibati bina yanğından mühafizə olunub.

1news.az

Paylaş:
693

Son xəbərlər

Bütün xəbərlər