Şahmar Mövsümov Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şahmar Mövsümov Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşüb

23:38 - 20 / 05 / 2016
Şahmar Mövsümov Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşüb

Mayın 20-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti arasında görüş keçirilib.

Fonddan 1news.az-a verilən məlumata görə, görüş zamanı ölkədə makroiqtisadi vəziyyət, fiskal siyasət, maliyyə  və bank sektorlarındakı yeniliklər, ARDNF-nin 2016-cı il üzrə fəaliyyətinin nəticələri, Hökumət tərəfindən həyata keçirilən islahatlar, məzənnə siyasəti, Azərbaycan ilə BVF arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.

1news.az

 

Paylaş:
703

Son xəbərlər

Bütün xəbərlər