Azərbaycan taekvondoçusu Avropa çempionatının gümüş medalını qazandı | 1news.az | Xəbərlər
İdman

Azərbaycan taekvondoçusu Avropa çempionatının gümüş medalını qazandı

23:51 - 20 / 05 / 2016
Azərbaycan taekvondoçusu Avropa çempionatının gümüş medalını qazandı

İsveçrədə keçirilən taekvondo üzrə Avropa çempionatı davam edir.

1news.az-ın məlumatına görə, yarışın ikinci günündə Azərbaycan millisinin 4 idmançısı mübarizə aparsa da, onlardan yalnız Patimat Abakarova medal qazana bilib.

Əvvəlcə Latviya, daha sonra isə Serbiya, Kipr və Fransadan olan rəqiblərini məğlub edən idmançımız həlledici görüşdə Rusiyanı təmsil edən Tatyana Kudaşova ilə qüvvəsini sınayıb.

Təəssüf ki, rəqibinə 3:4 hesabı ilə uduzan Olimpiyaçımız ikinci yerlə kifayətlənərək çempionatın gümüş medalını qazanıb.

1news.az

 

Paylaş:
545

Son xəbərlər

Bütün xəbərlər