İqtisadi Amnistiya - Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanun qəbul edilmişdir | 1news.az | Xəbərlər
İqtisadiyyat

İqtisadi Amnistiya - Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanun qəbul edilmişdir

12:46 - 21 / 05 / 2016
İqtisadi Amnistiya - Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanun qəbul edilmişdir

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən iqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi və dekriminallaşdırılması ilə əlaqədar təhlillər aparılmış və müvafiq qanun layihəsi hazırlanaraq qəbul edilmişdir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 1999-cu ildə qəbul edilmiş və onun qəbulundan artıq 16 il keçmişdir. Bu müddət ərzində Azərbaycan iqtisadiyyatının inkişafı və baş verən digər iqtisadi proseslər nəticəsində dövriyyədə olan məhsulların, xidmətlərin dəyəri və insanların gəlirləri bir neçə dəfə artmışdır. Lakin buna baxmayaraq məsuliyyətin yaranmasına səbəb olan məbləğlər bu dövr ərzində Cinayət Məcəlləsində artırılmamışdır.

Cinayət Məcəlləsində məsuliyyət müəyyən edən həmin məbləğlərin dəyişməməsi hal-hazırda ictimai təhlükə törətməyən əməllərə görə bir çox sahibkarların cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olurdu. Bunun qarşısını almaq üçün Cinayət Məcəlləsində nəzərdə tutulmuş həmin məbləğlər artırılmışdır.

Belə ki, əvvəllər vergi və gömrük rüsumlarından 2000 manat məbləğində yayınan sahibkarlar cinayət məsuliyyətinə cəlb edilirdi. Yeni qanun qüvvəyə mindikdən sonra cinayət məsuliyyəti yaradan hədd 10 dəfə artırılaraq həmin məbləğ 20.000 manat olmuşdur. Yəni 20.000 manata qədər vergi və gömrük rüsumlarından yayınan şəxslər artıq cinayət məsuliyyətinə deyil inzibati məsuliyyətə cəlb ediləcəklər. Bu da həmin məbləğə qədər olan əməllərin dekiriminallaşdırılması deməkdir.

Həmçinin iqtisadi fəaliyyət sahəsində olan cinayətlər fəslində cinayət məsuliyyəti yaradan hədd 1000 manat müəyyən edilirdi. Dəyişikliklə həmin məbləğ 20 dəfə artırılaraq 20.000 manat olmuşdur. Bu da həmin məbləğə qədər olan hissədə əməllərin dekriminallaşdırılması deməkdir.

Başqa bir dəyişikliyə əsasən ilk dəfə böyük ictimai təhlükə törətməyən qanunsuz sahibkarlıq və ya yalançı sahibkarlıq cinayətlərini törətmiş şəxslər əldə etdikləri qanunsuz gəliri və ya vurduqları ziyanı dövlət büdcəsinə tamamilə ödədikdə məsuliyyətdən azad ediləcəkdir.

Bu dəyişiklik nəticəsində ümumilikdə 24 maddədə sahibkarların məsuliyyəti yüngülləşdirilir. Statistik təhlillərə əsasən cinayət məsuliyyəti yaradan məbləğin artırılması vergidən yayınma cinayət işlərinin təqribən 40%-ni, qanunsuz sahibkarlıq cinayət işlərinin 30%-ni dekriminallaşdıracaqdır.

Qeyd edilməlidir ki, həmin əməlləri törədənlər tam məsuliyyətdən kənar qalmayacaqdır. Belə əməllərin az miqdarda törədilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş cərimə və digər tənbeh tədbirləri tətbiq ediləcəkdir.

Bununla yanaşı, cinayət məsuliyyəti yaradan hallarda sanksiyalarda azadlıqdan məhrum etməyə alternativ olaraq vurulmuş ziyana mütənasib cərimələr (xeyli miqdarda ziyan vurulduqda ziyanın 2 – 4 misli, külli miqdarda 3 – 5 misli məbləğində) müəyyən edilmişdir.

Dekriminallaşan əməllərə görə bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Onlar, habelə bu Qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər.

Paylaş:
2383

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər