Açıq MTB yarışlarının qalibləri müəyyənləşib – FOTO | 1news.az | Xəbərlər
İdman

Açıq MTB yarışlarının qalibləri müəyyənləşib – FOTO

13:35 - 23 / 05 / 2016
Açıq MTB yarışlarının qalibləri müəyyənləşib – FOTO

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim-plana uyğun olaraq, Dağ Velosipedi Parkında açıq MTB yarışı keçirilib.

1news.az-ın məlumatına görə, yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 40-dan artıq idmançısı iştirak edib.

U-15 yaş kateqoriyasında mübarizə aparan idmançılar uzunluğu 2 km olan marşrut boyunca 3 dövrə vurublar. Məsafəni 28 dəqiqə, 45 saniyəyə başa vuran 8 saylı Olimpiya İdman məktəbinin yetirməsi Fədail Mahmudov finiş xəttini birinci keçib.

U-15 (3x2km)

1. Fədail Mahmudov               8OEQİUVM               28:45

2. Əhməd Əhmədov               8OEQİUVM               29:47

3. Emil Əliyev                         8OEQİUVM               29:48

17 yaşadək velosipedçilər eyni marşrut üzrə 5 dövrə mübarizə aparıblar və "Neftçi" İdman Klubu İctimai Birliyinin təmsilçisi Vüqar Nəsibov bütün rəqiblərini qabaqlayıb.

U-17 (5x2km)

1. Vüqar Nəsibov                                Neftçi                         47:08

2. Nəcəf Bağırov                                 AzVİF                         49:09

3. Osman Qəhrəmanov                       OEQİUVM                     50:11

Və ən nəhayət, Elit, U-23 və gənclər kateqoriyasında çıxış edən idmançılar 14 km məsafə qət ediblər və mübarizə Olimpiya Ehtiyatları Velosiped İdmanı Məktəbinin üzvü Orxan Məmmədovun qələbəsilə yekunlaşıb.

Elit, U-23, Gənclər (7x2km)

1. Orxan Məmmədov     OEQİUVM       58:06

2. Musa Mikayılzadə      Lokomotiv      58:22

3. Aqşin Bağırlı            Lokomotiv       58:42

1news.az

Paylaş:
682

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər