Zaqatalada “Multikulturalizm və onun Azərbaycan modeli” adlı konfrans keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada “Multikulturalizm və onun Azərbaycan modeli” adlı konfrans keçirilib

15:28 - 23 / 05 / 2016
Zaqatalada “Multikulturalizm və onun Azərbaycan modeli” adlı konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Zaqatala rayonunda “Multikulturalizm və onun Azərbaycan modeli” adlı konfrans təşkil olunub.

1news.az-ın məlumatına görə, tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Zaqatala Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev, bölgə qazısı İbrahim İbrahimov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, Bakı İslam Universitetinin Zaqatala şöbəsinin və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının müəllim və tələbələri, Zaqatala rayonunda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

DQİDK sədrinin birinci müavini S.Salahlı mövzu ətrafında geniş çıxış edib. Azərbaycan xalqının milli sərvəti olan çoxmədəniyyətlilik ənənəsi barədə geniş məlumat verən Səyyad Salahlı bu sahədə həyata keçirilən dövlət proqramları haqqında danışıb, Dövlət Komitəsinin bu sahədəki fəaliyyət istiqamətlərindən bəhs edib.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri M.İsmayılov mövzu ilə bağlı çıxış edərək Zaqatala rayonunun tarixən çoxmədəniyyətli rayon olması barədə danışıb. O bildirib ki, Zaqatalada müxtəlif xalqların nümayəndələri, ayrı-ayrı dini dəyər daşıyıcıları mehriban şəraitdə yaşayır, birgə fəaliyyət göstərirlər.

Sonda Zaqatala Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İ.Vəliyev və bölgə qazısı İbrahim İbrahimov mövzu ilə bağlı fikirlərini iştirakçıların diqqətinə çatdırıblar.

Tədbirin sonunda Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

1news.az

Paylaş:
526

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər