Bakının bir sıra qəsəbələrində içməli suyun verilməsində məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bir sıra qəsəbələrində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

18:25 - 23 / 05 / 2016
Bakının bir sıra qəsəbələrində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Goradil qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qəsəbəni su ilə təmin edən nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılacaq və Ceyranbatan-Maştağa magistral xəttindən nasosxanaya yeni birləşmə veriləcək.

1news.az-a “Azərsu” ASC-dən verilən məlumata görə, bununla əlaqədar Ceyranbatan-Maştağa magistral xətlərinin biri ilə içməli suyun verilməsi dayandırılacaqdır.

Abunəçilərin diqqətinə çatdırılır ki, yenidənqurma işləri ilə əlaqədar  24 may 2016-cı il tarixdə saat 00:00-dan etibarən gün ərzində Novxanı, Fatmayı, Goradil qəsəbələrinə, bağ massivlərinə, Mehdiabad, Pirşağı, Kürdəxanı, Sabunçu və Suraxanı qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
606

Son xəbərlər

Bütün xəbərlər