Xəzərdə zəlzələ olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəzərdə zəlzələ olub

18:44 - 23 / 05 / 2016
Xəzərdə zəlzələ olub

Mayın 23-də Xəzər dənizində 3,3 bal gücündə zəlzələ baş verib.

1news.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 14:32-də qeydə alınan yeraltı təkanın episentri Xəzər dənizində, ocağı isə 56 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

1news.az

Paylaş:
384

Son xəbərlər

Bütün xəbərlər