Kərəm Həsənovun Yardımlıda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Kərəm Həsənovun Yardımlıda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib

13:06 - 24 / 05 / 2016
Kərəm Həsənovun Yardımlıda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi sədri Kərəm Həsənovun Yardımlı rayonunda keçirəcəyi növbəti vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Komitədən 1news.az-a verilən məlumata görə, əvvəlcə xəbər verildiyi kimi, Komitə sədri vətəndaşları mayın 27-də deyil, 26-da qəbul edəcək.

Yardımlı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda yalnız Yardımlı, Cəlilabad, Masallı və Biləsuvar rayonlarından olan vətəndaşlar müraciət edə bilər. Vətəndaş qəbulunda müstəsna olaraq komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi:

Cəlilabad rayonu üzrə - (02524)  5 54 76

Yardımlı rayonu üzrə -   (02520) 6 24 93

Masallı rayonu üzrə -     (02521) 5 48 67

Biləsuvar rayonu üzrə -  (02529) 5 15 01

1news.az

Paylaş:
482

Son xəbərlər

Bütün xəbərlər