BP- Azərbaycan: Azəri- Çıraq Günəşli blokunda neft hasilatı stabildir | 1news.az | Xəbərlər
İqtisadiyyat

BP- Azərbaycan: Azəri- Çıraq Günəşli blokunda neft hasilatı stabildir

14:59 - 24 / 05 / 2016
BP- Azərbaycan: Azəri- Çıraq Günəşli blokunda neft hasilatı stabildir

2016-ci ilin I rübündə Azərbaycan 8 milyon ton yüngül neft hasil edib.

1news.az  xəbər verir ki, bu barədə "BP Azerbaijan"ın 2016-ci ilin I rübünün fəaliyyətinin yekunları üzrə hesabatında deyilir.

"BP Azerbaijan" "Azeri Light" sortun hasil edildiyi Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun operatorudur.

Göstərilən dövrdə AÇG yatağında yüngül neftin gündəlik orta hasilatı 651 min barel təşkil edib.

2015-cü ildə Azərbaycan 31,3 milyon ton "Azeri Light" nefti hasil edib ki, 2014-cü ildə bu göstərici 31,5 milyon ton olub.

2016-ci ilin I rübündə layihə çərçivəsində əməliyyat məsrəfləri təqribən 137 milyon dollar, əsaslı məsrəflər isə 396 milyard dollar təşkil edib.

AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Yatağın neft ehtiyatları təqribən 1 milyard ton təşkil edir.

Müqavilədə pay iştirakı aşağıdakı kimidir: BP (AÇG-nin operatoru) - 35,78 faiz, "Chevron" - 11,27 faiz, "Inpex" - 10,96 faiz, "AzACG" - 11,65 faiz, "Statoil" - 8,55 faiz, "Exxon" - 8 faiz, "TPAO" - 6,75 faiz, "Itocu" - 4,3 faiz və "ONGC" - 2,72 faiz.

1news.az

Paylaş:
927

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər