Moskvada “Formula-1” yarışlarının təbliğinə dəstək aksiyası keçirilib - FOTO
Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisinin təbliğinə dəstək məqsədi ilə Moskvada “Azərbaycanlı Gənclərin Kuboku'' adlı kartinq yarışı təşkil olunub. Yarış Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun dəstəyi ilə baş tutub.
1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının rəhbəri Toğrul Allahverdili yarış iştirakçılarını və qonaqları salamlayaraq, Prezident İlham Əliyevin bu sahəyə qayğısı nəticəsində Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini qeyd edib. Bildirb ki, “Formla-1” yarışları ölkəmizin dünya arenasında tanınmasına və turizimin inkişafına öz töhfəsini verəcək.
Daha sonra kartinq yarışına start verilib. Üç mərhələdə keçən yarışda səkkiz komanda birincilik uğrunda mübarizə aparıb. Yarışın qalibi Moskva Dövlət Hüquq Akademiyasının komandası olub. İkinci və üçüncü yerləri isə “Tri –Medved” və “Fond RVAK” komandaları paylaşıb. Qaliblər kubok, diplom və medallarla mükafatlandırılıb.
1news.az