"Moody`s": “Bu ilin I rübündə Azərbaycanın bank sektorunun kredit portfeli 9% azalıb” | 1news.az | Xəbərlər
İqtisadiyyat

"Moody`s": “Bu ilin I rübündə Azərbaycanın bank sektorunun kredit portfeli 9% azalıb”

11:40 - 24 / 05 / 2016
"Moody`s": “Bu ilin I rübündə Azərbaycanın bank sektorunun kredit portfeli 9% azalıb”

Bu barədə Bakıda keçirilən "Moody’s" beynəlxalq reytinq agentliyinin kredit risklərinə dair illik konfransında agentliyin MDB ölkələri üzrə vitse-prezidenti Mariya Malyukova deyib.

1news.az xəbər verir ki, Mariya Malyukovanın sözlərinə görə, yaxın perspektivdə yenidən devalvasiya baş verməzsə, bank  sektorunda müəyyən qədər sabitləşmə gözləmək olar: "2016-cı ildə Azərbaycanın ÜDM artımının 3,3% azalması gözlənilir. Manatın devalvasiyası bank sektoruna mənfi təsir edib: inflyasiyanı artırıb, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Büdcədə nəzərdə tutulan xərclərin, o cümlədən kapital qoyuluşlarının azalması bank sektoruna təsir edir. Biz kreditləşmədə mənfi tendensiyanı müşahidə edirik. Ölkənin makroiqtisadi vəziyyəti bank sektoruna mənfi təsir edir. Bu ilin I rübündə Azərbaycanın bank sektorunun kredit portfeli 9% azalıb".

"Moody’s" nümayəndəsi Azərbaycanda dollarlaşma səviyyəsinə də toxunub: "Azərbaycanda 2016-cı ildə 4,5-5% kredit itkiləri proqnozlaşdırılır. Baş verən devalvasiyaya qədər xarici valyutada əmanətlərin həcmi 50% təşkil edirdi. Devalvasiyadan sonra xarici valyutada əmanətlərin həcmi 82% təşkil edib ki, bu da MDB-də ən yüksək göstəricidir. Dollarlaşmanın yüksək olması, aktivlər və passivlər arasında fərqi genişləndirir, valyuta risklərini artırır".

Onun sözlərinə görə, agentliyin mütəxəssisləri hesab edir ki, dövlət bank sektoruna, xüsusilə də depozit portfelinin həcmi böyük olan banklara birbaşa dəstək göstərəcək.

1news.az

Paylaş:
639

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər