Azərbaycanda V1 Challenge-2016 çempionatı keçiriləcək | 1news.az | Xəbərlər
İdman

Azərbaycanda V1 Challenge-2016 çempionatı keçiriləcək

12:42 - 24 / 05 / 2016
Azərbaycanda V1 Challenge-2016 çempionatı keçiriləcək

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə mayın 29-da Bakıda V1 Challenge-2016 Azərbaycan çempionatı keçiriləcək.

1news.az-a Federasiyadan verilən xəbərə görə, yarış Bakı Olimpiya Stadionu yaxınlığında, Böyükşor parkı ətrafında açıq havada təşkil olunacaq.

Çempionatda 12 yerli pilot iştirak edəcək. Onlar əvvəlcə sıralama mərhələsində yarışacaq, göstərilən nəticələrə uyğun idmançılar 3 qrupa bölünərək mübarizə aparacaqlar. Birinci, ikinci və üçüncü yerləri qazananlar mükafatlandırılacaq.

Xatırladaq ki, 2014-cü il oktyabrın 11-də V1 Challenge yarışının Azərbaycanda təqdimatı keçirilib. Bakı Kristal Zalında təşkil olunmuş yarışda 12 ölkədən 14 idmançı iştirak edib. Bakıdakı təqdimat yarışının qalibi fransız pilot Anton Huber, ikinci yerin sahibi almaniyalı Harald Müller, üçüncü yerin sahibi isə livanlı Abdo Feqali olub. Pilotların mübarizəsini 18 min tamaşaçı canlı izləyib.

1news.az

Paylaş:
782

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər