Azərbaycan alimləri dəniz suyundan yanacaq qazı alan qurğu icad ediblər - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan alimləri dəniz suyundan yanacaq qazı alan qurğu icad ediblər - VİDEO

13:20 - 25 / 05 / 2016
Azərbaycan alimləri dəniz suyundan yanacaq qazı alan qurğu icad ediblər - VİDEO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professor və aspirantları dəniz suyundan yanacaq qazı alan qurğu icad ediblər.

Universitetin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, ən diqqət çəkən məqam ondan ibarətdir ki, bu üsul vasitəsi ilə qaz suyun hesabına alınır. Özü də burada dəniz suyu kimi tükənməz xammaldan istifadə edilə bilər.

Prosesə uyğun alınmış qaza şətri olaraq “Hidroqaz” adı verilib. Layihə müəlliflərinin dediyinə görə, bu qaz öz parametrlərinə əsasən məişətdə istifadə olunan “Metan” qazından daha üstündür, yəni istilikvermə qabiliyyəti 1,5 dəfə çoxdur, üstəlik ekoloji baxımından da daha təmizdir. Məsələn, “Metan” qazı ilə istər şüşəni, istərsə də alüminiumu kəsmək mümkün olmadığı halda, “Hidroqaz”la bu proses rahatlıqla həyata keçirilir.

1news.az

Paylaş:
6762

Son xəbərlər

Bütün xəbərlər