Mayın 26-na olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mayın 26-na olan hava proqnozu açıqlanıb

13:55 - 25 / 05 / 2016
Mayın 26-na olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 26-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 25-27 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

1news.az

Paylaş:
1443

Son xəbərlər

Bütün xəbərlər