Masallı sakinindən 1 kiloqramdan artıq marixuana götürülüb
Polis əməkdaşları Masallı sakinin narkotik maddə götürüblər.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bədəlan kəndində yaşayan Afiq Yusubovun evinə baxış zamanı 1 kiloqram 25 qram marixuana, həyətyanı sahəsində isə kultivasiya yolu ilə yetişdirilmiş 22 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
1news.az
729