Bakıda əmindirlər ki, “DQR XİN”-in bəyanatı ancaq BMT-nin makulatura ehtiyatını artırmağa xidmət edir | 1news.az | Xəbərlər
Siyasət

Bakıda əmindirlər ki, “DQR XİN”-in bəyanatı ancaq BMT-nin makulatura ehtiyatını artırmağa xidmət edir

15:59 - 25 / 05 / 2016
Bakıda əmindirlər ki, “DQR XİN”-in bəyanatı ancaq BMT-nin makulatura ehtiyatını artırmağa xidmət edir

"Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasında “bəyanat” yayması barədə xəbərlər Ermənistan XİN-nin növbəti uydurmasıdır”.

1news.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan XİN-də xülya və mifologiyanın reallıq ilə qarışıq salınması artıq heç kimi təəccübləndirmir: “Əslində, Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi öz statusundan sui-istifadə edərək və BMT sisteminə və üzv dövlətlərə hörmətsizlik nümayiş etdirərək qondarma rejim adından bu kimi kağız parçalarını yaymağa cəhd edir. Ətraf mühitə hörmətlə yanaşılan BMT sistemində adətən bu qəbildən olan izafi kağız parçaları maklatura məqsədilə istifadə edilir”.

Xatırladaq ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki qondarma rejim “Twitter” səhifəsində separatçı qurumun "Xarici İşlər Nazirliyinin" BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı bəyanatının yayıldığı barədə məlumat yerləşdirib.

Məlumatda bildirilir ki, erməni silahlı bölmələrinin Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş ağ fosforlu silahdan istifadə etməsi barədə rəsmi Bakının iddiaları əsassızdır.

Bununla yanaşı Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev amerikalı həmsədr Ceyms Uorlikin prezidentlərin iyun görüşündən əvvəl həmsədrlərin xarici işlər nazirləri ilə görüşmək niyyəti ilə bağlı açıqlamasına cavab verərək bildirib: “Vyana görüşündə qeyd edildiyi kimi, hərtərəfli və substantiv danışıqlara başlamaq üçün Azərbaycan xarici işlər naziri ATƏT-in Minsk qrupu həmsədrləri ilə yaxın vaxtlarda görüşə hazırdır”.

Mövzu ilə əlaqədar oxuyun:

XİN ermənilərin Azərbaycanın mülki şəxsləri və obyektlərini fosforlu mərmi ilə atəşə tutmasına dair bəyanat verib - FOTO

1news.az

Paylaş:
857

Son xəbərlər

Bütün xəbərlər