Dövlət Yol Polisi palrul xidmətinin “fəaliyyətsizliyi” haqqında qalmaqallı video ilə bağlı açıqlama verib - VİDEO
Azərbaycan Dövlət Yol Polisi yol-nəqliyyat hadisəsindən sonra patrul xidmətinin “fəaliyyətsizliyi” ilə bağlı yayımlanan video haqqında açıqlama verib.
Videodan görünür ki, Sabunçu–Zabrat yolunda avtobusla yol-nəqliyyat hadisəsindən sonra böyük tıxac yaranıb. Sosial şəbəkə istifadəçiləri iki partul xidməti maşınları heyətini etinasızlıqda və “tıxacı” aradan qaldırmaq üçün fəaliyyətsizlikdə günahlandırır.
Bu videonu şərh etməsi üçün 1news.az Daxili işlər Nazirliyinin baş dövlət yol polisi idarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevə müraciət edib. O , isə bu tənqidlərin hamısına etiraz edib.
“Əgər video çəkən şəxs yolla elə rahat keçə bildisə, demək orada vəziyyət o qədər də ciddi deyil. Patrul maınları ona görə dayanmışdı ki, qarşı yoldan kütləvi çıxışın qarşısı alınsın. Buna baxmayaraq qaydanı pozmağa çalışan sürücülər var idi. Mən vətəndaşlara çağırış etmək istərdim ki, əsassız yerə Yol polisini tənqid etmək əvəzinə öz tənqidlərini qarşı yola çıxan, bununla da yol hərəkəti qaydalarını pozan sürücüləri tənqid etsinlər”,- deyə, K. Əliyev bildirib.
1news.az