İlham Əliyev Avstriyanın yeni seçilmiş federal prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının yeni seçilmiş Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Van der Bellen,
Avstriya Respublikasının Federal Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Avstriya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Avstriya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
1news.az