İlham Əliyev bir sıra filiz sahələrinin tədqiqi ilə bağlı sərəncam imzalayıb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev bir sıra filiz sahələrinin tədqiqi ilə bağlı sərəncam imzalayıb

20:23 - 25 / 05 / 2016
İlham Əliyev bir sıra filiz sahələrinin tədqiqi ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycanda Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi sahəsində bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 358-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş (bundan sonra — Saziş) üzrə Podratçılara məxsus olan iştirak paylarının onlar tərəfindən satılması niyyətini, beynəlxalq təcrübəyə uyğun şəkildə aparılmış qiymətləndirmə nəticəsində həmin payların əldə olunmasının iqtisadi səmərəliliyinin təsdiq olunduğunu, yuxarıda adıçəkilən yataqların daha səmərəli idarə edilməsinin zəruriliyini, qeyri-neft sənayesinin, o cümlədən, metallurgiya sahəsinin kompleks inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəfləri, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə tapşırılsın ki, Saziş üzrə Podratçı tərəflərə məxsus iştirak paylarının “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınması ilə bağlı zəruri tədbirlər görsünlər və görülən tədbirlərin nəticələri haqqında Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Saziş üzrə Podratçı tərəflərə məxsus iştirak paylarının Cəmiyyət tərəfindən alınmasının maliyyələşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş alqı-satqı baş tutduqdan sonra Sazişin 26.6-cı maddəsinə uyğun olaraq Sazişə qarşılıqlı razılıq əsasında xitam verilməsi ilə bağlı zəruri tədbirlər görsün.

4. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş alqı-satqı baş tutduqdan sonra Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və səmərəli idarə olunmasını təmin etsin”.

1news.az

Paylaş:
592

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər