77 yaşlı Bakı sakini evində ölü tapıldı
Bakı sakini evində ölmüş vəziyyətdə aşkarlanıb.
1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.
Məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1939-cu il təvəllüdlü Salmanova Elza Süleyman qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
1news.az
455