Parlament hərbi qulluqçuların müraciətlərinə baxılması müddətində dəyişiklik edə bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Parlament hərbi qulluqçuların müraciətlərinə baxılması müddətində dəyişiklik edə bilər

12:53 - 25 / 05 / 2016
Parlament hərbi qulluqçuların müraciətlərinə baxılması müddətində dəyişiklik edə bilər

Milli Məclisin İnsan hüquqları komitəsinin mayın 25-də keçirilən iclasında “Hərbi qulluqçuların statusu haqqında”qanuna dəyişikliyin edilməsi təklif olunub. 

1news.az-ın verdiyi xəbərə görə, hərbi qulluqçular və onların ailə üzvlərinin müraciətlərinə baxılması müddətində dəyişiklik ehtimal edilir.

Ehtimal edilir ki, hərbi qulluqçular və onların ailə üzvlərinin müraciətlərinə 15 iş günü ərzində baxılmalıdır. Hazırda mövcud qanunvericiliyə əsasən, müraciətə baxılması 15 gün təyin edilib.

Dəyişiklik parlamentin plenar iclasında baxılması üçün tövsiyə olunub.

1news.az

Paylaş:
377

Son xəbərlər

Bütün xəbərlər