Allahşükür Paşazadə: “Amnistiya aktının qəbul olunmasını alqışlayırıq”
“Biz Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunan amnistiya aktını alqışlayırıq”.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.
A.Paşazadə bildirib ki, Mehriban Əliyeva həmişə bu cür humanist addımlar atıb:
“Bu yaxınlarda İngiltərədə səfərdə olduq. Orada görüşlərimizdə bizdən soruşurdular ki, siz bu nailiyyətləri necə əldə etmisiniz? Onlar Azərbaycana gəlib bizim təcrübəmizi öyrənmək istəyirlər. Onlara deyəndə ki, Azərbaycanda məzhəblər arasında ayrıseçkilik yoxdur, məzhəblərin bütün nümayəndələri bir yerdə azan verir, bir yerdə iftar süfrəsində otururlar, İngiltərədə buna inanmadılar. Dedim ki, gəlin özünüz görün”.
A.Paşazadə bildirib ki, əgər dövlət başçısı düzgün siyasət qurmasaydı, biz buna nail ola bilməzdik.
Mövzu ilə əlaqədar oxuyun:
Mehriban Əliyeva amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib
Mehriban Əliyeva: “Bir dəfə səhv edən şəxslərin bağışlanmağa haqqı var”
Milli Məclisin Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında QƏRARI
1news.az