Elmar Məmmədyarov Böyük Britaniyanın yeni səfirini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Böyük Britaniyanın yeni səfirini qəbul edib

15:54 - 26 / 05 / 2016
Elmar Məmmədyarov Böyük Britaniyanın yeni səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri xanım Karol Kroftsu qəbul edib. 

1news.az-ın məlumatına görə, nazir E.Məmmədyarov səfir K.Kroftsu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Səfir etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.

Səfir K.Krofts iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.  Enerji sahəsində əməkdaşlığın vacibliyi deyən tərəflər Azərbaycan ilə BP şirkətinin uzunmüddətli və etibarlı tərəfdaşlığının nümunəvi xarakter daşıdğını vurğulayıblar. Hökumətlərarası birgə komissiyanın fəaliyyətinin və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının əlaqələrin inkişafında mühüm rol oynadığı bildirilib.

Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək Vyana görüşünün mərhələli əsasda hərtərəfli və substantiv proses üçün əlverişli imkanlar yaratdığını bildirib. O, Ermənistanın təhriki və təxtibatı ilə aprelin əvvəllərində baş vermiş gərginliyin mövcud status kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bir daha sübut etdiyini diqqətə çatdırıb.

Nazir status kvonun dəyişdirilməsi və münaqişənin həllində inkişafa nail olmaq üçün işğal faktına son qoyulmalı və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

1news.az

Paylaş:
538

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər