Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının baş katibi İlham Əliyevi təbrik edib
Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai 28 May – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, ölkənizə və xalqınıza isə tərəqqi arzulayıram.
Zati-alinizin səyahət və turizm sənayesinə şəxsən göstərdiyi dəstək dövlətinizin turizmə sosial və iqtisadi inkişafın bir istiqaməti kimi baxdığının və Azərbaycanın dünya turizm arenasında güclü brend kimi təşəkkül tapmasına önəm verdiyinin təzahürüdür.
Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı ilə Azərbaycan arasında yüksək münasibətlərin gələcək illərdə də inkişaf edəcəyinə əmin ola bilərsiniz.
Cənab Prezident, Sizi bir daha təbrik edir və ən yüksək ehtiramımı çatdırıram”.
1news.az