AFFA “Qarabağ” və “Neftçi”ni cəzalandırdı | 1news.az | Xəbərlər
Futbol

AFFA “Qarabağ” və “Neftçi”ni cəzalandırdı

13:33 - 31 / 05 / 2016
AFFA “Qarabağ” və “Neftçi”ni cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

1news.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

- 25 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Kubokunun “Qarabağ” – “Neftçi” matçının 120-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52).

- Oyunun 120-ci dəqiqəsində “Neftçi” klubunun 15 №-li futbolçusu Eric Ramos kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1). 

Oyunun 120+1-ci dəqiqəsində “Qarabağ” klubunun 9 №-li futbolçusu Reynaldo Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).

1news.az

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər