ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə keçirdikləri görüşlərə dair birgə bəyanat yayıblar.
1news.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin də iştirak etdiyi görüşlərin məqsədi mayın 16-da Vyanada keçirilmiş görüşdə verilmiş qərarların icrasını müzakirə etmək olub.
Qeyd olunur ki, nazirlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq olduqlarını təsdiq ediblər. Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin səlahiyyətlərinin genişləndirilməsi və ATƏT-in istintaq mexanizminin yaradılması barədə layihə sənədlərinə baxılmasını nazirlərin nəzərinə çatdırıblar.
1news.az