Azərbaycan vətəndaşının Ermənistana keçməsi məsələsi araşdırılır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan vətəndaşının Ermənistana keçməsi məsələsi araşdırılır

12:27 - 08 / 06 / 2016
Azərbaycan vətəndaşının Ermənistana keçməsi məsələsi araşdırılır

7 iyun tarixində Ermənistan KİV-də Azərbaycan vətəndaşı olan qadının Ermənistan tərəfə keçməsi və saxlanıldığı ilə bağlı məlumat yayılıb.

Azərbaycan Vətəndaşının Ermənistan ərazisinə keçməsi Beynəlxalq Qeynəlxalq Qırməzə Xaçın Azərbaycan təmsilçilində təsdiq olunub.

1news.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə bu məsələ araşdırılır.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycanın Tovuz rayonunun Yanıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Zöhrə Vardzar qızı Vəliyevanın Ermənistana keçməsi barədə məlumat yayıb.

Bu barədə Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar  işçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.

Hal-hazırda həmin şəxslə bağlı əlavə məlumatların əldə olunması üçün araşdırma aparılır.

1news.az

 

Paylaş:
1530

Son xəbərlər

Bütün xəbərlər