Ermənistan ərazisində saxlanmış Azərbaycan vətəndaşı azad edilib | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan ərazisində saxlanmış Azərbaycan vətəndaşı azad edilib

14:32 - 10 / 06 / 2016
Ermənistan ərazisində saxlanmış Azərbaycan vətəndaşı azad edilib

2016-cı il iyunun 7-də Ermənistan Respublikasının ərazisində saxlanmış Azərbaycan vətəndaşı, Gədəbəy rayonu, Arabaçı kənd sakini, 1977-ci il təvəllüdlü Ələkbərova Qətibə İbrahim qızı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində iyunun 10-da azad edilib.

1news.az-a Dövlət Komissiyasından verilən məlumata görə, sağlamlıq durumu nəzərə alınaraq, azad edildikdən sonra Qətibə Ələkbərova dispanser qeydiyyatında olduğu Qazax rayonlararası ruhi xəstəxanasına təhvil verilib.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Mövzu ilə əlaqədar oxuyun:

Ermənistana keçən Azərbaycan vətəndaşı psixoloji dispanserdə qeydiyyatda idi

Qırmızı Xaç təsdiq edib ki, Azərbaycan vətəndaşı Ermənistanda saxlanılır

Azərbaycan vətəndaşının Ermənistana keçməsi məsələsi araşdırılır

1news.az

 

Paylaş:
643

Son xəbərlər

Bütün xəbərlər