Ağ Ev: Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır | 1news.az | Xəbərlər
Siyasət

Ağ Ev: Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır

13:41 - 11 / 06 / 2016
Ağ Ev: Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır

Ağ Ev Administrasiyası Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən və baxımsız Sərsəng bəndinə görə humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın vəziyyətini vurğulayan petisiyaya rəsmi cavab verib.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiyası 330 mindən çox səs toplayıb. Bu isə Obama Administrasiyasının petisiyaya cavab verməsi üçün lazım olan imza sayından üç dəfə çoxdur.

AVCİYA-nın prezidenti Elxan Süleymanov bildirib ki, petisiyada faktiki olaraq işğala məruz qalmış rayonlarda, xüsusilə Sərsəng ərazisində yaşayan əhalinin insan hüquqlarının vəziyyəti vurğulanır, Ağ Evin cavabı isə daha çox Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə yönəlib: “Bu mənada bir faktı təqdir edirik ki, ABŞ Administrasiyası öz mövqeyində Dağlıq Qarabağın separatçı həll yolunu dəstəkləmir və qanunsuz olaraq öz müqəddəratını təyinetməyə imkanı yaratmır. Ağ Ev öz cavabında Sərsəngin hazırkı vəziyyətinin qurbanları olan insanların əsas hüquqlarına dair mühüm məsələdən yayınır, lakin ABŞ Administrasiyasının Ermənistan ritorikasına qoşulmaması təqdirəlayiqdir. Ağ Evin cavabına əsasən, Azərbaycanla Ermənistan arasında hərtərəfli həll yolu Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsindən ibarət olmalıdır. ABŞ Administrasiyasının Ermənistanı açıq-aydın təcavüzkar və işğalçı adlandıran bu ifadə forması təqdirəlayiqdir. BMT-nin bir sıra qətnamələrində və AŞPA-nın 2085 (2016) saylı qətnaməsində təsdiqləndiyi kimi, Dağlıq Qarabağ işğal edilmiş ətraf rayonlarla birlikdə Azərbaycanın bir hissəsidir. ABŞ da beynəlxalq qətnamələrə hörmət etdiyindən Obama Administrasiyası Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini müzakirə edərkən açıq-aydın Azərbaycanın suveren sərhədləri çərçivəsində yerli muxtariyyət səviyyəsini nəzərdə tutur”.

Elxan Süleymanov bildirib ki, Ağ Ev petisiyanın əsas məsələsindən yayınsa da, o xüsusi əhəmiyyətə malikdir. Ermənistanın təcavüzkar siyasəti, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər ərazilərinin Ermənistan silahlı qüvvələrinin nəzarətində olması, Sərsəng bəndinə görə humanitar fəlakətin qaçılmazlığı faktları iki aydan artıq müddətdə Ağ Evin rəsmi saytında qalıb. İyirmi ildən artıqdır ki, qərəzli beynəlxalq mətbuat tərəfindən yanlış məlumatlandırılan insanlar iki aydan artıq vaxtda bu sayta daxil olaraq ölkəmizə qarşı ədalətsizlik və vətəndaşlarımıza təhdid yaradan konkret təhlükələr və torpaqlarımızın işğalı barədə düzgün məlumat əldə ediblər. Bu səbəbdən bu petisiya ərazilərimizin işğaldan azad edilməsinə aparan yolda olduqca mühüm və əhəmiyyətli fəaliyyətdir.

AZƏRTAC

Paylaş:
670

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər