ABŞ prezidenti Belarusa qarşı sanksiyaların müddətini uzadıb | 1news.az | Xəbərlər
Siyasət

ABŞ prezidenti Belarusa qarşı sanksiyaların müddətini uzadıb

00:16 - 11 / 06 / 2016
ABŞ prezidenti Belarusa qarşı sanksiyaların müddətini uzadıb

 

 ABŞ prezidenti Barak Obama Belarusa qarşı sanksiyaların müddətini uzadıb.

1news.az APA-ya istinadən xəbət verir ki,, bu barədə Ağ Evin məlumatında deyilir.

“Belarus hökumətinin müəyyən təmsilçiləri ABŞ-ın mili təhlükəsizliyi və xarici siyasətinə həddən artıq təhlükə yaradırlar. Onlar həmçinin Belarusda demokratik proseslərə və demokratiya institutlarının fəaliyyətinə mane olurlar”, məlumatda deyilir.

Xatırladaq ki, Belarusa qarşı ilk sanksiyaları 2006-cı ildə ABŞ prezidenti Corc Buş tətbiq edib.

2016-cı ilin fevralında isə Avropa İttifaqı Şurası Belarusa qarşı tətbiq edilən sanksiyaları aradan qaldırıb.

1news.az

 

Paylaş:
553

Son xəbərlər

Bütün xəbərlər