Novruz Məmmədov: “Müasir dövrümüzdəki problemlərin başlıca səbəbi beynəlxalq hüquqa riayət edilməməsidir” | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov: “Müasir dövrümüzdəki problemlərin başlıca səbəbi beynəlxalq hüquqa riayət edilməməsidir”

17:56 - 13 / 06 / 2016
Novruz Məmmədov: “Müasir dövrümüzdəki problemlərin başlıca səbəbi beynəlxalq hüquqa riayət edilməməsidir”

Bu gün Andorra Knyazlığında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) VIII Ali Səviyyəli toplantısının açılışı olub.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, “Qloballaşan dünyada xalqların gücü” mövzusunda keçirilən toplantıda dünyanın yeni siyasi xəritəsi, qloballaşma prosesinə yeni baxış, 21-ci əsrdə iqtisadi vəziyyət və digər mühüm məsələlərə dair fikir mübadiləsi aparılır.

Toplantıda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Andorra Knyazlığının Baş naziri Antoni Marti, Latviyanın sabiq Prezidenti, NGBM-nin həmsədri Vayra Vike-Freyberqa, İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-nin həmsədri İsmayıl Seragəldin, Ərəb Liqasının sabiq Baş katibi Əmr Musa, Serbiyanın keçmiş Prezidenti Boris Tadiç, İtaliya Prezidentinin diplomatik müşaviri Antonio Zanardi Landi, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç və digərləri iştirak edirlər. Ali səviyyəli görüşdə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edirlər.

Tədbirin açılışında A.Marti, M.İvaniç, V.Vike-Freyberqa, İ.Serageldin və N.Məmmədov çıxış ediblər.

Qonaqları salamlayan Andorranın hökumət başçısı A.Marti qloballaşan dünyada Andorranın mövqeyini, müstəqil dövlət olaraq qlobal əhəmiyyətli məsələlərdə xüsusi rol oynadığını diqqətə çatdırıb.

İraq, Liviya, Serbiya, Xorvatiya və digər bölgələrdə münaqişəli vəziyyətlərdən söhbət açan M.İvaniç isə bu problemlərin bir çoxunun həll yollarının hələ də tapılmamasını təəssüflə vurğulayıb. O qeyd edib ki, müasir dünyada gündən-günə artan problemlərin qarşısının alınması yolları bu günün əsas mövzusudur.

Xanım V.Vike-Freyberqa insanların səsinin eşidilməsi üçün internetin vacibliyini vurğulayıb. Həmçinin, qaçqın böhranından söz açan sabiq Prezident deyib ki, bugünkü görüşün məqsədi burada səslənəcək orijinal ideyalar əsasında bu problemlərin həll yollarını tapmaqdır.

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri N.Məmmədov isə qonaqları salamlayaraq, NGBM-yə və Andorranın hökumət başçısı A.Martiyə tədbirin təşkilinə görə təşəkkür edib. N.Məmmədov müasir dünyada baş verən əsas proseslər, problemlər, qloballaşma dövrünün qarşılaşdığı çətinliklərdən söhbət açıb: “Bu gün dünya birliyi Yaxın Şərqdə münaqişələr, Avropada qaçqın böhranı və s. kimi çətinliklərlə üzləşir. İlk növbədə, bu problemlər dərindən təhlil edilməldir. Bu məsələlər olduqca böyük əhəmiyyət kəsb edir. Əsas məqsəd səbəbi kökündən araşdırmaqdır”.

O, eyni zamanda hazırkı dövrdə baş verən terror aktlarına toxunub və qeyd edib ki, bu gün ABŞ da daxil olmaqla dünya ölkələri bu təhlükə ilə üzləşir.

Daha sonra N.Məmmədov bildirib ki, SSRİ və Varşava Paktının dağılmasından sonra beynəlxalq münasibətlər sistemində əsaslı dəyişikliklər baş verdi: “Beynəlxalq hüquqa əməl edilməməsi bir çox münaqişələrə səbəb olur. Müasir dövrümüzdə baş verən problemlərin başlıca səbəbi beynəlxalq hüquqa riayət edilməməsidir”.

İ.Serageldin isə öz çıxışında toplantının mövzusunun əhəmiyyətini vurğulayıb və münaqişə bölgələrində vətəndaş müharibələrinin hələ də davam etdiyini diqqətə çatdırıb. O, müasir dövrdə gedən iqtisadi proseslərdən, internetin sosial əlaqələrin qurulmasında əvəzsiz rolundan danışıb. İ.Seragəldin, eyni zamanda 1970-ci ildən bəri baş verən proseslər, ətraf mühit, istehlak, insanların bərabərliyi, qadınların hüquqları, büdcə məsələləri, iqtisadi dəyişikliklər və s. kimi məsələlərə də toxunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısı panel müzakirələrlə işini davam etdirir. Tədbir çərçivəsində Cənubi Qafqaz regionundakı münaqişəli məsələlərin, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə ediləcəyi və Andorra Knyazlığının rəhbərinə yazılı müraciətin qəbul olunacağı gözlənilir.

Toplantı iyunun 14-də işini yekunlaşdıracaq.

1news.az

 

Paylaş:
652

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər