Türkiyədə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə növbəti təlim keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Türkiyədə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə növbəti təlim keçirilib – FOTO

18:02 - 13 / 06 / 2016
Türkiyədə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə növbəti təlim keçirilib – FOTO

Türkiyənin İsparta vilayətində keçirilən çoxmillətli birgə xüsusi təyinatlı qüvvələrin təlimində Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin hərbi qulluqçuları ilə yanaşı, Bolqarıstan və Gürcüstan hərbçiləri də iştirak ediblər.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, İspartada 90 illik tarixi olan Dağ Xüsusi Təyinatlılar Məktəbi və Tədris Mərkəzi Komandanlığı Türkiyənin Quru Qoşunları üçün xüsusi təyinatlıların yetişdirilməsi və terrorçularla mübarizə aparan birliklərin təlimində mühüm rol oynayır. Komandanlığın təşkilatçılığı ilə keçirilən “Komando EX-2016” çoxmillətli xüsusi təyinatlı qüvvələr təliminin yüksək səviyyəli müşahidəçi gününə Türkiyə, Azərbaycan və digər iştirakçı ölkələrin silahlı qüvvələrinin yüksək rütbəli nümayəndələri və Ankaradakı hərbi attaşeləri qatılıblar.

Məlumat verilib ki, təlimdə suüstü xüsusi təyinatlıların əməliyyatı, taktiki hücum, hava hücumu və yaxın hava dəstəyi kimi fəaliyyət növləri üzərində iş aparılır. Təlimin məqsədi iştirakçı ölkələrin xüsusi təyinatlı birlikləri arasında bilik və təcrübə mübadiləsinin təmin olunması, birlikdə işləmək qabiliyyətinin inkişaf etdirilməsidir. Əsas vəzifə xüsusi təyinatlı əməliyyat növlərinə dair müştərək əməliyyatların planlaşdırılması və icrası qabiliyyəti, müvafiq bilik və bacarıqların təkmilləşdirilməsi, əməliyyat növləri ilə bağlı üsul, əsas və terminologiya birliyinin təmin edilməsidir.

Təlimin ssenarisinə əsasən, beynəlxalq xüsusi missiya qüvvələrinin humanitar yardım fəaliyyəti və BMT-nin karvanlarının fasiləsiz çatdırılması məqsədilə şərti bölgədəki hava limanının nəzarət altına alınması tapşırığı yerinə yetirilib. Bunun üçün yaxınlaşmaqda olan suüstü xüsusi təyinatlıların sahilə təhlükəsiz şəkildə çıxması təmin edilib. Terrorçu qruplar arasında əlaqənin kəsilməsi məqsədilə onların rabitə stansiyası kimi istifadə etdikləri qurğular sıradan çıxarılıb. Hava hücumunun təhlükəsizliyinin təmin edilməsi üçün terrorçuların hava hücumundan müdafiə silahları məhv edilib. Nəticədə hücum helikopterlərinin dəstəyi ilə hava limanı nəzarət altına alınıb.

Uğurla həyata keçirilən bütün əməliyyat növlərində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları fəal iştirak ediblər. Yüksək səviyyədə həyata keçirilən təlimlərdə qarşıya qoyulan bütün tapşırıqlar yerinə yetirilib.

1news.az

 

Paylaş:
782

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər