Millimiz UEFA İnkişaf Turnirində son oyununu keçirib
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rumıniyada təşkil olunmuş UEFA İnkişaf Turnirində son oyununu keçirib.
1news.az-ın məlumatına görə, Türkiyə yığması ilə qarşılaşan millimiz 1:2 hesabı ilə məğlub olub. Komandamızın qolunu Nərmin İsmayılova vurub.
Qeyd edək ki, turnirin ilk oyununda Rumıniyaya 1:4 hesabı ilə məğlub olan futbolçularımız ikinci qarşılaşmada Sloveniya komandasına 2:1 hesablı qalib gəlib.
1news.az
718