İranın Azərbaycandakı səfiri Milli Məclisdə ölkəsi haqda səslənən fikirlərə münasibət bildirib | 1news.az | Xəbərlər
Siyasət

İranın Azərbaycandakı səfiri Milli Məclisdə ölkəsi haqda səslənən fikirlərə münasibət bildirib

16:48 - 15 / 06 / 2016
İranın Azərbaycandakı səfiri Milli Məclisdə ölkəsi haqda səslənən fikirlərə münasibət bildirib

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin Azərbaycan Milli Məclisinin bəzi deputatlarının qeyri-adi çıxışlarına reaksiya bildirib.

1news.az-ın İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinə istinadla verdiyi xəbərə görə, Möhsün Pakayin mətbuat açıqlamasında Azərbaycan Milli Məclisinin bəzi deputatları tərəfindən çərşənbə axşamı günündə səslənmiş qeyri-adi çıxışlardan təəssüflənərək deyib:

“Bu qəbil açıqlamalar dost və qardaş olan iki ölkə arasında əlaqələrin inkişafına heç bir yardım etmir”.

O, Tehran və Bakı arasında mövcud olan bugünkü müsbət əlaqələrin heç bir zaman mövcud olmadığına diqqət çəkərək bildirib:

“Ermənistan xarici işlər nazirinin Tehrana səfəri İran İslam Respublikasının qonşu dövlətlərlə siyasi əlaqələrin tənzimlənməsi çərçivəsində həyata keçib və bu səfər heç bir ölkənin əleyhinə olmayıb”.

Möhsün Pakayin bəzi media qurumların Həsən Ruhaninin yaxın zamanlarda İrəvana səfəri ilə bağlı yaydığı xəbərlərin əslində güman əsasında olduğunu vurğulayaraq söyləyib:

“İran İslam Respublikasının Prezidentinin səfər proqramı və həmin səfərlərin dəqiq tarixi milli mənafe çərçivəsində həyata keçir. Təbii ki, hər səfərdən öncə bununla bağlı İİR Prezident Administrasiyası tərəfindən lazım olan məlumatlar verilir”.

Səfir iki ölkə arasında münasibətlərin genişlənmə şərtinin ölkə rəhbərlərinin siyasi iradəsindən asılı olduğunu diqqət mərkəzinə çəkərək söyləyib:

“Son 3 il ərzində İran və Azərbaycan prezidentlərinin 6 dəfə görüşməsi iki ölkə rəhbərlərinin ölkələr arasında münasibətlərin inkişafı üçün siyasi iradəyə malik olduğunu göstərir. İki ölkə prezidentinin bu müddət ərzində bir-biri ilə bu qədər görüşməsi və iki ölkə arasında imzalanmış sənədlər İranın qonşu dövlətləri arasında bənzərsizdir”.

Möhsün Pakayin Tehran və Bakı arasında mövcud olan münasibətlərin bu tərzdə müsbətə doğru inkişafının səbəbini Həsən Ruhani dövlətinin qonşu dövlətlərlə münasibətin inkişafı və xarici siyasətdə ədalət prinsipinə xüsusi təkid göstərməsi nəticəsində baş verdiyini vurğulayaraq deyib:

“Bu siyasətin icrasında iki tərəf iqtisad, ticarət, tranzit, əkinçilik, sənaye, turizm və enerji sahələrində yaxşı uğurlar əldə ediblər. İki ölkənin Şimal-Cənub dəhlizinin təkmilləşdirilməsi ilə bağlı əldə etdikləri razılıq bu uğurun simvolu sayılır. İki ölkə arasında qarşılıqlı olaraq viza rejiminin aradan qaldırılması da turizm sahəsinin genişlənməsi və iqtisadi mübadilələrin həcminin artması üçün qarşılıqlı mənafeə xidmət göstərəcək və hər iki ölkə bu əməkdaşlıqların faydalarından bəhrələnə biləcəklər”.

Səfir iki tərəfli və çoxtərəfli münasibətlərin genişlənməsinin zəruri olduğunu söyləyərək deyib:

“Gələcəkdə də İranın yüksək səviyyəli dövlət məmurlarının Bakıya səfəri və xüsusilə də Bakıda keçiriləcək iclasda İran, Rusiya və Azərbaycan Prezidentlərinin görüşünün şahidi olacağıq”.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri əlavə edib ki, gələcəkdə bizim Azərbaycan Respublikası ilə əlaqələrimiz bir qonşu, dost və tərəfdaş ölkə olaraq əvvəlki illərdən daha yüksək səviyyədə genişlənəcək:

“İki ölkənin rəhbərləri özlərini ölkələrimiz arasında mövcud olan münasibətləri bədxahlardan qorumağa borclu bilirlər”.

Qeyd etmək lazımdır ki, çərşənbə axşamı günündə Azərbaycan Milli Məclisinin üç deputatı qeyri-adi çıxışları ilə Ermənistan xarici işlər nazirinin Tehrana səfərini tənqid ediblər. Buna baxmayaraq, Azərbaycan Milli Məclisi spiker Oktay Əsədovun himayəsi ilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış bir neçə müqaviləni təsdiq edilib.

1news.az

Paylaş:
650

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər