“MFL Kuboku”nda yarımfinala yüksələn komandaların adı məlum oldu – NƏTİCƏLƏR – FOTO | 1news.az | Xəbərlər
Futbol

“MFL Kuboku”nda yarımfinala yüksələn komandaların adı məlum oldu – NƏTİCƏLƏR – FOTO

14:11 - 16 / 06 / 2016
“MFL Kuboku”nda yarımfinala yüksələn komandaların adı məlum oldu – NƏTİCƏLƏR – FOTO

Azərbaycanda həvəskar futbol turniri olan “MFL Kuboku”nda 1/4 final mərhələsinin oyunları keçirilib.

1news.az-ın məlumatına görə, “Sport Marketing Group” şirkətinin və Triponline.az saytının dəstəyi ilə keçirilən turnirdə yarımfinalçıların adına aydınlıq gəlib.

A qrupunu lider kimi başa vuran “Galaxy Travel” B qrupunun ikincisi “İnsales” komandasını məğlub edib.

A qrupunun ikincisi olmuş “Napoli” B qrupunun lideri “Lester”dən güclü olub.

C qrupunu lider kimi başa vuran “Qaradağ Lökbatan” D qrupunun ikincisi FKİT-lə bərabərə qaldığından qalib onbirmetrəlik cərimə zərbələri ilə müəyyənləşib. Rəqibindən daha dəqiq olan “Qaradağ Lökbatan” yarımfinala vəsiqə qazanıb.

C qrupunun ikincisi SOCAR AQŞ-la D qrupunun qalibi “Muğan Bank” arasında keçirilən görüşün taleyi də penalti zərbələri ilə həll edilib. Burada sevinən tərəf isə SOCAR AQŞ komandası olub.

Beləliklə, “Galaxy Travel”, “Napoli”, “Qaradağ Lökbatan” və SOCAR AQŞ komandaları yarımfinalda mübarizə aparacaqlar.

1/4 final mərhələsinin bütün qarşılaşmalarının nəticələrini və oyundan fotoları təqdim edirik:

“MFL Kuboku”, 1/4 final mərhələsi

“Galaxy Travel” 3:0 “İnsales”

“Napoli” 5:1 “Lester”

“Qaradağ Lökbatan” 3:3 F.K.İ.T., pen. 6-5

“Muğan Bank” 1:1 SOCAR AQŞ, pen. 2-4

Bombardirlər: Nicat Balakişiyev – 19 qol (Qaradağ Lökbatan), Nəcməddin Zaliyev – 14 qol (Qaradağ Lökbatan), Rafael İsmayılov – 13 qol (SOCAR AQŞ), Məmiş Nəzərov – 11 qol, Tural Məmmədov – 8 qol (Napoli).

Nəzərinizə çatdıraq ki, yarımfinal görüşləri bu gün keçiriləcək. 3-cü yer uğrunda oyun və final qarşılaşması isə iyunun 19-da baş tutacaq.

Məlumat üçün bildirək ki, turnirdə 24 komanda mübarizə aparıb. Komandalar 4 qrupa (A, B, C və D) bölünüb və hər qrupda 6 komanda yer alıb. İlk iki yeri tutan komanda növbəti mərhələyə vəsiqə qazanıb. Xalları eyni olan komandalar arasında qalib isə top fərqi ilə müəyyənləşdirilib. Yəni, top fərqinə görə üstün olan komanda növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, həvəskar futbol turnirinin təşkilatçısı “Mini Futbol Liqası” (MFL) şirkətidir. Bir ay ərzində keçiriləcək yarış “İlk MFL Kuboku” adına layiq görülüb.

Artıq qeyd etdiyimiz kimi, ilk “MFL Kuboku” bir ay davam edəcək. Oyunlar Bakı Olimpiya Satdionunun ərazisində, “Sportster” şirkətinin yeni meydanlarında keçirilir.

Qalib komandanın üzvləri bu ilin yayında Fransada keçiriləcək Avropa Çempionatının yarımfinalına gedəcəklər.

Bununla yanaşı, komandanın bütün üzvlərinin aviabiletləri, mehmanxanada qalmaq və yarımfinal oyununa bilet xərcləri ödənəcək.

Onu da nəzərinizə çatdıraq ki, bu, hələ başlanğıcdır. Belə ki, ilk “MFL  Kuboku” başa çatdıqdan sonra MFL – həvəskarlar liqasında tamhəcmli turnir başlayacaq ki, burada komandalar aylar ərzində ölkənin ən güclü mini futbol komanadası uğrunda mübarizə aparacaq.

Hər il sentyabrdan iyun ayına qədər keçiriləcək bu turnir tournament (liqa) sxeminə uyğun olaraq təşkil olunacaq ki, burada turnir cədvəli, statistika və s. olacaq. Turnirdə xal qazanan komadaların hesabı artıq tamamlanmaq üzrə olan MFL-in saytında öz əksini tapacaq.

Turnirin yekunu olaraq hər il qalib komandalar yalnız mükafat almaqla kifayətlənməyəcək, həmçinin Azərbaycanı digər ölkələrdə keçiriləcək analoji turnirlərdə təmsil etmək imkanı əldə edəcəklər.

Bütün futbol həvəskarlarını ilk irihəcmli MFL turnirində iştirak etməyə və futboldan zövq almağa dəvət edirik!

1news.az

 

Paylaş:
960

Sizin üçün xəbərlər

Son xəbərlər

Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51
Bütün xəbərlər