Prosineçki rəqibimizin daha bir oyununu izləyib
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Avro-2016-nın C qrupunda keçirilmiş Ukrayna - Şimali İrlandiya oyununu izləyib.
Sportbox.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, buna səbəb 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Ş.İrlandiya yığmasının millimizlə eyni qrupda yer almasıdır.
Qeyd edək ki, oyun rəqibimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Sportbox.az
520